!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Ölkələri Rusiyadan asılı vəziyyətdə: Azərbaycanla qaz idxalı ilə bağlı ANLAŞMA

!Reklam – Yazi

Tələbat artır Avropa ölkələri Rusiya qazından asılılığı azaltdıqlarını iddia etsələr də, reallıqlar fərqlidir və acıdır. Artan qiymətlər və güclənən böhran onları Moskva ilə ticarəti davam etdirməyə məcbur edir. Rəsmi ticarət dövriyyəsi 100 milyard dollardan aşağıya ensə də, (müharibədən öncə 250 milyard dollardan çox idi – red.) Avropa İttifaqı (Aİ) və Rusiya, BƏƏ, Türkiyə və Mərkəzi Asiya vasitəsilə ticarətə davam edirlər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Financial Times” nəşrinin “Avropa Rusiya qazından asılılığı azaldıbmı?” adlı sərlövhəli məqaləsində qeyd olunub. Qəzet yazır ki, sənayedə isə ayrılma, ümumiyyətlə, çətinləşir. “İtaliya Rusiya qazının idxalını 40% azaltdığını bildirsə də, Avstriyadan idxalı 80% artırıb və Avstriya idxalının 98%-ni isə Rusiya təmin edir.

Rumıniya və Macarıstan Türkiyə ilə qaz anlaşması imzalayıblar. Lakin Türkiyənin ixrac etdiyi qaz yenə də Rusiya qazıdır. Rusiya Danimarkaya LNG ixracını 37.7%, İspaniyaya 40%, Fransaya 45%, Belçikaya 25% artırıb”, – deyə nəşr qeyd edir. Nəşrin məlumatına görə, Aİ-nin həmçinin Azərbaycanla qaz idxalı ilə bağlı anlaşma imzalamağına baxmayaraq, Azərbaycan özü də daxili tələbatı ödəmək üçün Rusiyadan qaz idxalı ilə bağlı anlaşma imzalayıb.

“Digər tərəfdən, Fransa və Azərbaycan arasında münasibətlərin gərginləşməsi Aİ və Azərbaycan arasında enerji əməkdaşlığına təsir edə bilər. Həmçinin Azərbaycanın da Rusiya kəmərləri vasitəsilə enerji ixrac etməsi gündəmdədir. Belə olacağı təqdirdə, Qazaxıstan neft və uranı, Azərbaycan isə qazı Rusiya ərazisi ilə Avropaya nəql edəcəklər. Bu isə heç də uğurlu həll yolu deyil, əksinə, bu Avropa liderlərinin çox uğursuz həll yolu təkliflərindən biridir. Çünki Rusiya Avropa bazarına daxil olmağın yollarını hələ də tapır və Aİ Rusiya enerji resurslarından qurtula bilmir”, – deyə məlumatda bildirilib. Rafi Müslümov

COP29

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv