Avropa Oyunları: Azərbaycan karateçisi erməniyə qalib gəlib medalı təmin etdi

media-hightechnic-468x90

Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında medalı təmin edib.

Yenicag.az xəbər verir ki, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ikinci görüşdə erməni Anita Makyandan güclü olub.

Yarımfinala yüksələn 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib. O, qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.

Qeyd edək ki, yarışın yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 18:10-da start götürəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa