!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa Parlamenti məruzəçilərinin birgə bəyanatı Ermənistan üçün “diplomatik nokaut”dur – Partiya sədri

!Reklam – Yazi

“Artıq Avropa təsisatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qeydsiz-şərtsiz qəbul edir”.

Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Yelena Zavko, qurumun Ermənistan üzrə məruzəçisi Trayan Besesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və işğal altındakı Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Bu bəyanatla bağlı Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən bəyanat problemin sülh yoluyla tənzimlənməsinin beynəlxalq hüquq aspektindən dəstəklənməsi kimi qiymətləndirilməlidir:

“Sözügedən bəyanatda rəsmi İrəvanın işğal olunmuş Dağlıq Qarabağı Ermənistanla birləşdirən üçüncü yolun tikilməsi barədə qərarının kəskin tənqid edilməsi və “Azərbaycanın işğal altında olan əraziləri” ifadəsinin yer alması faktı da erməni işğalının beynəlxalq səviyyədə etiraf və mühakimə edilməsi deməkdir.

Odur ki, bu bəyanatın Ermənistanda şok effekti yaratması tamamilə təbiidir. Avropa Parlamentinin bəyanatı Ermənistan rəhbərliyi üçün sözün həqiqi mənasında “soyuq duş” oldu”.

Əlisahib Hüseynova görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində həllinə çağırışın açıq şəkildə əks olunması Nikol Paşinyan və Zöhrab Mnasakanyan üçün “diplomatik nokaut” sayıla bilər:

“Çünki bu erməni cütlüyü indiyə qədər bütün açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin yalnız “millətlərin öz müqəddəratını təyinetmə prinsipi” əsasında həll oluna biləcəyini israrla vurğulayırdılar.

Lakin reallıq bir daha hamıya məlum olan həqiqəti təsdiqlədi ki, beynəlxalq hüquq birmənalı olaraq hər zaman ərazi bütövlüyünün bərpası tələbi ilə çıxış edən Azərbaycanın tərəfindədir.

Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi illüziyalarla yaşamamalı, Paşinyan reallıq hissini itirməməlidir. Əks halda, Ermənistan bu gedişlə beynəlxalq birliyin etimadını tamamilə itirmiş bir ölkəyə çevriləcək”.

Gülşən Şərif

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv