Avropa Parlamenti Rumıniya və Bolqarıstanın Şenqen məkanına dərhal daxil olması ilə bağlı qətnamə qəbul edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qətnamənin lehinə 514, əleyhinə 107 deputat səs verib.
Digər 38 deputat isə bitərəf qalıb.
Avropa Parlamentinin vətəndaş azadlıqları komitəsi qərarın yerinə yetirilməsinin vacib olduğunu bildirib. Əks təqdirdə bu, Avropa İttifaqı institutlarına inamı azaldacaq.
Qeyd edək ki, hər hansı bir ölkənin Şenqen məkanına daxil olması üçün Avropa İttifaqının bütün üzv ölkələri yekdilliklə qərarın lehinə səs verməlidir.
Rumıniya və Bolqarıstan 2007-ci ildən Avropa İttifaqına üzv olsalar da, Şenqen məkanına daxil deyillər.
www.yenicag.az