“Avropa Qarabağda ikinci erməni dövlətinin qurulmasına çalışır” – Yasəmən Qaraqoyunlu
Bir müddət öncə İsveç Azərbaycan Qarabağ Cəmiyyətinin dəvəti ilə İsveçdə səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin Strateji Araşdırmalar Mərkəzinin (DAKSAM) başqanı, AMEA- nın əməkdaşı, Bütöv Azərbaycan Hərakatı təşkilatının (BAH) sədri Yasəmən Qaraqoyunlu ilə görüşüb söhbətləşdik.
Yasəmən xanım, may ayının son həftəsində İsveç Qarabağ Cəmiyyətinin dəvəti ilə Stokholmda oldunuz. Səfərin məqsədi nələrdən ibarət idi?
Bu il İsveç Azərbaycan münasibətlərinin intensivləşməsi zərurəti yaranmışdır. İsveç hökumətinə başçılıq edən sosial-demokrat Stefan Lövhenin bu il aprelin 24-də saxta “erməni soyqırımı” nın yüz illiyi ilə baglı İrəvanda təşkil olunmuş mərasimə qatılmaması və Xarici İşlər Nazirliyi sözçüsünün İsveç Parlamentinin qondarma soyqırımı qərarına yenidən baxılması zərurəti haqda açıqlaması bizdə Avropada son illərdə sərgilənən ikili standartlar siyasətinin yox, ədalətin zəfər çalacagı ümidini oyandırdı. Bu mövqe ATƏT-in Minsk qrupunun üzvü olan İsveç Krallıgının Ermənistan-Azərbaycan müharibəsinin nəticələri ilə baglı yeni siyasətinin müəyyənləşdirilməsində rol oynaya bilər və əgər İsveç hökümti bu mövqeyində israrlı olsa bu mövqeyi ilə ATƏT-in Minsk qrupunun 1992-ci ildən indiyə qədərki nəticəsiz fəaliyyətinin dəyişməsinə səbəb ola bilər. Avropa Birliyinin bir üzvü kimi İsveç hökümətinin Erməni iddialarını birmənalı şəkildə dəstəkləməməsi həm Avropa Birliyinin, həm ATƏT-in Minsk qrupunun fəaliyyətində və bundan sonrakı siyasətində yeni ədalətli baxışın və mövqenin formalaşdırılmasına səbəb ola bilər. Stefan Lövhenin cıxışı Ermənistan-Azərbaycan müharibəsinə və saxta erməni soyqırımı iddiasına yeni baxışı, yeni prizmadan yanaşmanı əks etdirir ki, biz illər boyu məhz bunu gözləyirdik. İşğalçı, terrorist Ermənistn dövlətinin maraqlarınıı birtərəfli şəkildə xristian təəssübkeşliyindən irəli gələn baxışla müdafiə etməklə və saxta erməni soyqırımı iddilarını tanımaqla əslində Avropa Birliyi öz tarixinə, öz ideyalarına xəyanət edir. Renessans ideyalarının, İnsan haqları, azadlıq, bərabərlik, ədalət, demokratiya prinsiplərini özü ayaqlar altına alır. Stefan Lövhe kimi praqmatik siyasətçilər bunun fərqindədir.Ermənistan-Azərbaycan müharibəsinə münasibətdə ədaləti qorumaq elə Avropa prinsiplərini qorumaqdır. Biz də elə bunu istəyirik. Bu ədalətli yanaşmaya dəstək vermək, bu mövqenin isveç hökümətinin dəyişməz siyasətinə çevrilməsi üçün İsveç höküməti təmsilçiləri ilə görüşrək onları problemlərimizlə baglı daha cox bilgiləndirmək məqsədilə biz İsveç Krallıgına səfər etdik. Səfərin məqsədi İsveç hökümətinin Qarabağın və 7 rayonun Ermənistan-Rusiya işgalından azad edilməsi ilə baglı siyasətinin Azərbaycan maraqları çərçivəsində formalaşmasında rol oynamağa çagırmaq, onların diqqətini Ermənistandan deportasiya edilmiş 200 min Ermənistan vətəndşları olan Azərbaycan türklərinin Ermənistana qayıtmaq istəklərinə yönəltmək, Ermənistandn qaçmış soydaşlarımızın Ermənistana qaytarılması məsələsini İsveçin Avropa Birliyində qaldırmasına çalışmaq idi. Səfəri 2002-ci ildə Stokholmda təsis edilən İsveç Azərbaycan Qarabağ Cəmiyyəti təşkil etmişdi. Cəmiyyətin təşəbbüsü ilə İsveçdə “28 May Həftəsi” adı altında gerçəkləşən bu səfər ərzində İsveç Xarici İşlər Nazirliyində, İsveç parlamenti Rikstaqda səmərəli görüşlərimiz oldu. Bu səfərin proqramında iki əsas məqsədi var idi. Bir İsveç Xarici İşlər Nazirlyinin əməkdaşları və İsveç Parlamentinin nümayəndələri ilə görüşərək Qərbi Azərbaycan problemini, Qərbi Azərbaycandan etnik təmizləmə və soyqırıma məruz qalmış Azərbaycan türklərinin vəziyətinin müzakirəsi, eyni zamanda Azərbaycan- Ermənistan muharibəsi zamanı işgal olunmuş Qarabağın gələcəyi və statusu ilə baglı İsveç dövlətinin, hökümətinin münasibətinin öyrənilməsi və “28 May Həftəsi” proqramı cərcivəsində təşkil olunmuş konfranslarda çıxışlar etmək, məruzələr söyləmək idi. Mayın 26-dan 29-dək İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa Departamenti rəhbərliyi ilə, Parlamentin Yaşıllar fraksiyasında, həmçinin nazirliyin Türkiyə Departamentində və Sosial-demokratlarla görüşlərimiz oldu. Görüşlərdə bizi İsveç Azərbaycan Qarabağ Cəmiyyətinin təmsilçiləri Abdulla Əmir Haşimi, Rza Qaraçaylı və Ayda Əmir Haşimi müşayiət edirdi.
Görüşlərdə nələr müzakirə olundu?
Qeyd edim ki, Petra Larke Şərqi Avropa, Mərkəzi Asiya, Ukrayna , Azərbaycan və Ermənistan ölkələrinin İsveç krallıgı və həmçinin Avropa Birliyi ilə siyasi münasibətlərinin qurulması, tənzimlənməsi məsələləri ilə məşğul olur, bu ölkələrin Avropa Birliyi ilə münasibətlərini öyrənir. Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin formalaşmasında onun da iştirakı, rolu, mövqeyi var. İlk müzakirə mövzumuz Ermənistandan deportasiya olunmuş qaçqınlar və Qarabağ məsələsi oldu. İsveç höküməti ATƏT-in Minsk qrupunun üzvüdür və buna görə də problemin həll olunmasında siyasi-hüquqi öhdəlikləri var.
Mən bu görüşdə bir daha əmin oldum ki, Avropa parlamentinin, Avropa Şurasının və onun bir üzvü olan İsveç hökumətinin Azərbaycana münasibəti birmənalı deyil, o cümlədən də ABŞ-ın. Onlar Azərbaycanla əməkdaşlıq etsələr də görünən budur ki, Ermənistanı müdafiə edirlər və ermənilərin üstünlüyünün süni şəkildə qorunub saxlanılmasına çalışırlar. Azərbaycan torpağı olan Qarabagda ikinci ermən dövlətinin qurulmasına çalışırlar. Bütün bu faktorun arxasında isə türk-müsəlmanlara qarşı xristian həmrəyliyi və Hind-Avropa irqçiliyinə əsaslanan kimlik düşüncəsi dayanır.
Baxın, necə olur ki, bir ölkənin Ermənistan-Azərbaycan müharibəsinin həllində heç bir proqramı olmur, amma bu ölkə ATƏT-in Minsk qrupunun üzvü olaraq bu problemin həll olunmasında iddiaçı rolu oynayır və özünün bir ölkə kimi hələ ayrı müstəqil siyasəti formalaşdırılmır. Bu paradoksal hal deyilmi…
Sizə görə bu nədən qaynaqlanır?
Azərbaycanı yaxşı tanımamaqlarından, müharibəyə biganə yanaşmalarından, əksinə bu bölgələrdə konfliktlərin olmasında maraqlı olmalarından. Çünki, konflikti olan hər bir ölkə Avropa Birliyindən və Avropa Şurasından asılı olur. Nə qədər asılı oluruqsa sərvətlərimizi bir o qədər rahat sömürərlər, bizi bir o qədər rahat idarə edə bilirlər.
Əgər belədirsə bizim ümidlərimiz boşuna itirilmiş vaxt itkisi olmayacaqmı? Necə illərdir nəticəsiz danışıqlar gedir və biz hələ də məsələnin diplomatik yolla həll olunacağına ümid etməyə davam edirik…
Mən hesab edirəm ki, biz bu danışıqlarda ölkə olaraq yaxşı iştirak etməmişik. Bizim diasporumuz zəif işləyib, ölkələrlə müstəqil şəkildə işləməmişik, ölkə olaraq məsələnin qoyuluşunu düzgün təşkil edə bilməmişik. Mənə görə məqsədlərinə doğru daim rasional şəkildə addım atan, çalışan bir millət konfliktlərin həllində böyük rol oynaya bilər və müharibədən çıxar. Mən ümidimi üzməmişəm, belə düşünürəm ki, çox çalışmalıyıq. Məsələn, diqqət etdinizmi, görüşlərimizdə məlum oldu ki, onların heç xəbəri yox idi ki, 1988 -də Ermənistandan Azərbaycan türkləri qovulub və hal- hazırda Azərbaycanda 200 mindən cox Ermənistan vətəndaşı olan qaçqın var. Onlar qeyd etdilər ki, biz indiyə qədər bunu bilmirdik. Bizim bu bilgini verməyimiz onlar üçün yeni idi.
Onların bu etiraflarda səmimi olduğuna inandınızmı?
Bəli, onlar dedilər ki, bu yenilikdi. Mayın 27-də biz Yaşıllar fraksiyasında da olduq. İsveç parlamentində iki əsas partiya çox aktivdir və fraksiyaya sahibdir. Birinci Yaşıllar partiyası, ikinci də Sosial- Demokrat partiyası.Sosial demokrat prtiyası səslərin çoxlugunu əldə edib və yaşıllar Partiyası ilə koalisiya qurmuşlar. Hər ikisi İsveç ölkəsinin qanunvericiliyinin formalaşmasında, siyasətinin müəyyənləşməsində yaxından iştirak edirlər. Biz Yaşıllar fraksiyasının təmsilçisi Valter Mat ilə görüşdük. Ermənistandan 200 mindən cox yerli türkün 1988- ci ildə Qarabağ müharibəsində öz yurd-yuvalarından qovulduqlarını, son yüz ildə türklərə qarşı etnik təmizləmə və soyqırım həyata keçirilməklə Ermənistanın monoetnik dövlətə çevrildiyini qeyd etdik. Xarici İşlər Nazirliyində söylədiklərimizin eynisini demək olar ki, burda da söylədik. Və qeyd etdik ki, indi həmin 200 min Ermənistan vətəndaşı olan Azərbaycan türkləri öz torpaqlarına qayıtmaq istəyir. İsveç İnsan haqlarının qorunmasında fəal rol oynayan ölkə kimi Ermənistandan qovulmuş qaçqınların torpaqlarına qayıtmasına yardım etsin. Onların səslərini Avropa Parlamentində, Avropa Şurasında qaldırılmasına çalışsın. Yaşıllar partiyasının üzvü olan Valter Mat bildirdi ki, indiyə qədər bu haqda heç bir məlumatı olmayıb. Və belə göründü ki, onun da Ermənistandan qovulmuş, deportasiya olunmuş türklər haqqında heç bir məlumatı yox idi və bu həmçinin bu onun üçün bir yenilikdir. Yenə də mən öz Ermənistan vətəndaşlığını bildirən şəxsiyyət vəsiqəmi ona təqdim etdim və o gördü ki, mən bir Ermənistan vətəndaşıyam. Mən dedim ki, 1988-ci ildə Ermənistandan qovulmuş qaçqınların təmsilçisiyəm, və onların adından danışıram. Biz Ermənistana, öz torpaqlarımıza qayıtmaq istəyirik. Biz Ermənistana qayıtmaqla evlərimizdə yaşamaq istəyirik, orda Ermənistan parlamentində fraksiyamızı qurmaq istəyirik, Ermənistan hökümətində təmsil olunmaq istəyirik. Ermənistan məhkəməsində, icra hakimiyyətlərində iştirak etmək istəyirik. Çünki, bu torpaqlar bizimdir, biz oranın əzəli sahibləriyik. Valter Matdan xahiş edirik ki, bizim səsimizi İsveç parlamentində, Avropa parlamentində, Avropa Şurasında qaldırsın, Ermənistan vətəndaşı olan Azərbaycan türklərinin öz torpaqlarına qayıtmasında bizə yardım etsin.
Bəs siz məsələnin həllini nədə görürsünüz, müharibədən sivil çıxış yolu varmı?
Müharibədən sivil çıxış yolu Türkiyə, Azərbaycan və Gürcüstanın birgə blok qurmasındadır. Mən bunu dəfələrlə demişəm çünki, ermənilərin Gürcüstana da ərazi iddiları var; Tbilisiyə də , Batuma da, Acariyaya da ərazi iddiası irəli sürürlər. Bu üç dövlət ermənilərə qarşı birlikdə koalisiya qurmalıdır, eyni zamanda Türkiyə və Azərbaycan dərnəkləri ciddi fəaliyyətə başlamalıdırlar. Ərəb ölkələri, müsəlman dünyası Türkiyə və Azərbaycanı dəstəkləməlidir. Soyqırımlar və Qarabağla bağlı Ermənistan Azərbaycan müharibəsində də, Avropa Birliyinin münasibətinin formalaşdırılmasında da müsəlman – xristian faktoru çox böyük rol oynayır. Mən bütün bunların şahidi oldum.
Burdan belə bir nəticə çıxır ki, bizim başqa bir alternativ yolumuz da olmalıdır. Xristianlıq faktoru artıq necə əsrlərdir ki, bu kimi məsələlərdə həlledici və təyinedici faktora çevrilib. Bunun qarşısında bəs biz hansı səddi yarada bilərik?
Xristianlıq faktoru olubsa müsəlmanlıq faktoru da alternativ variant kimi önəmli olmalıdır. Biz müsəlman kimliyinə malikik, biz müsəlman ölkəsiyik. Nədən müsəlman ölkələri ilə birlikdə ermənilərə qarşı blok qurmayaq. Son 20 ildə hələ bunu sınaqdan keçirməyib, hələ bu cəhddə bulunmayıb. Yalnız Osmanlı dönəmində xristian və ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımlarla bağlı bir müsəlman birliyi ideyası var idi. Şeyx Cəmaləddin Əfqani tərəfindən əsası qoyulan, Əhməd Agaoglu, Əli Bəy Hüseynzadə və Əlimərdan Bəy Topçubaşov tərəfindən dəstəklənən Panislamizm siyasəti var idi. Amma, bu fiaskoya uğradı. Madam ki, İslamafobiya var, madam ki, Azərbaycan türklərinə qarşı terrorda xristian kilsəsi iştirak edir, madam ki, Vatikanın başçısı Papa soyqırım məsələsində erməniləri dəstəkləyir, saxta soyqırımın gerçək olduğunu iddia edir və bu məsələnin formalaşdırılmasında birbaşa iştirak edir, nədən bizim diplomatiya adamlarımız, dini -idarələrimiz müsəlman kimliyimizi buna alternativ qoymasın. Azərbaycan və Türkiyə cəmiyyəti bu haqda düşünməlidir. Madam ki, xristian birliyi və klubu var bu halda buna alternativ olan müsəlman birliyi və klubu da formalaşmalıdır. Əlbəttə ki, İranı, Livanı və Suriyanı çıxdaş etməklə, çünki, bu ölkələr müsəlman ölkələri olsalar da xristian terrorizminə dəstək verən ölkələrdir. Bu məni düşündürür, hesab edirəm ki, bu məsələnin üzərində düşünməliyik. Amma burda qorxunc bir məsələdə var. son illərdə Azərbaycanda fəaliyyət göstərən İran, Səudiyyə Ərəbistanı və Türkiyəyə baglı bütün müsəlman qrupların, Vəhhabilərin, Nurçuların, Hizbullahçıların yaradıcıları da elə xristian qərb ölkələrinin özüdür. Bunu hamı bilir. Bu məsələlər cox qorxulu, lakin vaz keçilməz məsələlərdir. Bildiyim tək bir şey var, Azərbaycanın Azərbaycan maraqlarına əsaslanan öz İslam modeli olmalıdır. Layiq dövlət modeli ilə İslam kimliyinə məxsus ölkə və cəmiyyət modeli necə sintez olunmalıdır, bax bu, günün sualı və tələbidir. Erməni işgalını pisləyən müsəlman kimliyi və blokundan Azərbaycan necə istifadə edir? İslam konfransı təşkilatında bu presedentin əsası qoyulub, lakin hələ nəticə vermir. Azərbaycan və Türkiyə hökümətinin strateji tərəfdaşlıgından başqa ortada erməni işgalına qarşı mübarizə aparmaq üçün başqa heç bir resursdan, ideyadan, variantlardan istifadə olunmayıb, halbuki islam birliyi ideyası, türk birliyi ideyası ve s. var. Azərbaycan Ermənistan muharibəsində ermənistanı dəstəkləyən Xristianlıq ideyası, hind-Avropa kimlik ideyası var və bu ideyalar əsasında forrmalaşmış Avropa siyasi gücü var, Azərbaycan da bu bloka qarşı alternativ blok qurmalıdır və öz paradiqmalarını yaratmalıdır. Burda işlədiyim AMEA-nın üzərinə böyük vəzifə düşür. Ermənilərdə bu vəzifəni kilsələr və din xadimləri yerinə yetirmişlər, erməni ideologiyası, erməni strateji hədəflrini yaratmışlar. Bizdə isə bu vəzifəni AMEA, xüsusilə də Fəlsəfə və Tarix İnstitutları yerinə yetirməlidir.
Söhbeti apardı DAK metbuat müşaviri Gülşün Memmedoglu.