!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada potensial müharibə ocağı: Kosova-Serbiya böhranı necə çözüləcək?

!Reklam – Yazi

Kosova ilə Serbiya arasında son həftələrdə yenidən baş qaldıran gərginliyin müharibəyə çevrilmək ehtimalı artır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi Jozep Borrel üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında bu məsələni önə çəkib.

Borrelin sözlərin görə, Kosova ilə Serbiya arasında yaranmış böhran təhlükəli həddə çatıb:

“Biz qərbi Balkanlarda yaranmış vəziyyətdən çox narahatıq. Kosova ilə Serbiya arasında yersiz və qeyri-məhsuldar gərginlik çox təhlükəli həddə yaxınlaşır.

Təəssüf ki, belə bir vəziyyətdə biz daha bir böhranın ərəfəsindəyik. Bu, Kosova ilə Serbiya arasında son on ildə yaranan ən ciddi böhrandır. Serblərin Kosovanın dövlət təsisatlarından çıxmaları vakuum yaradıb.

Bu vakuum şəraitində çox arzuolunmaz hadisələr baş verə bilər. Ona görə də tərəflər daha çox çeviklik nümayiş etdirməlidirlər”.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv