“Avroviziya 2022”: Bu gün Azərbaycan təmsilçisi yarışacaq - VİDEO

media-hightechnic-468x90

Bu gün İtaliyanın Turin şəhərində “Avroviziya 2022”nin ikinci yarımfinalı keçiriləcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Avroviziya” təmsilçimiz Nadir Rüstəmli “Pala Alpitur” zalının səhnəsində “Fade To Black” mahnısını ifa edəcək.

Xatırladaq ki, “Fade to Black” lirik balladası əcnəbi musiqiçilər tərəfindən bəstələnib. Musiqisi və sözləri Andreas Stoun, Anders Retov, Sebastyan Şub və Tomas Stenqaard tərəfindən yazılıb. Azərbaycan təmsilçisinin “Avroviziya 2022”dəki çıxışının səhnə tərtibatı üzərində isə Danimarkadan olan rejissor Meds Enqqaard işləyib.

İkinci yarımfinalda iştirakçıların sıralaması bu cürdür:

1. Finlandiya, 2. İsrail, 3. Serbiya, 4. Azərbaycan, 5. Gürcüstan, 6. Malta, 7. San-Marino, 8. Avstraliya, 9. Kipr, 10. İrlandiya, 11. Şimali Makedoniya, 12. Estoniya, 13. Rumıniya, 14. Polşa, 15. Monteneqro, 16. Belçika, 17. İsveç, 18. Çexiya.

Qeyd edək ki, müsabiqə Bakı vaxtı ilə 23:00-da İTV-də canlı yayımlanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05