!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avroviziya” səsverməsində dəyişiklik

!Reklam – Yazi

İsveçin SVT yayım şirkəti 2024-cü ildə Malmödəki “Avroviziya” Mahnı Müsabiqəsini daha da maraqlı etmək üçün tətbiq ediləcək bir sıra dəyişiklikləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, Eurovision.tv bununla bağlı məlumat yayıb. İlk dəfə olaraq “Böyük beşlik” ölkələri – Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi İsveç təmsilçiləri mahnılarını yarımfinal zamanı canlı ifa edəcəklər.

Əvvəlki illərdə yarımfinal zamanı yuxarıda adları çəkilən ölkələrin hər birinin məşqindən yalnız qısa bir fraqment nümayiş etdirilirdi. İndi “Böyük beşlik” və İsveç “Avroviziya” səhnəsinə çıxaraq öz işlərini canlı yayımda tamaşaçılara nümayiş etdirə biləcəklər.

Mayın 7-də ilk yarımfinalda Almaniya, İsveç və Böyük Britaniya təmsilçiləri, mayın 9-da isə ikinci yarımfinalda Fransa, İtaliya və İspaniyadan olan iştirakçılar səhnəyə çıxacaqlar.

Finalda səsvermə qaydaları da dəyişir: indi bu, daha uzun sürəcək, çünki tamaşaçılar “Avroviziya 2024”ün ilk iştirakçısı səhnədə çıxış etdikdən dərhal sonra öz səslərini favoritə verə biləcəklər. Əvvəlki illərdə səsvermə tamaşadan sonra başlayırdı.

Səsvermədə “Avroviziyanın” iştirakçısı olmayan ölkələrdə olan mahnı müsabiqəsinin pərəstişkarları da iştirak edəcək. Onlara səs vermək üçün 24 saat vaxt veriləcək. Bunlar üçün onlayn səsvermə hər yarımfinal və finalın ikinci məşqi başa çatdıqdan dərhal sonra başlayacaq, canlı yayım başlayana qədər davam edəcək.

Müsabiqənin təşkilatçıları “Avroviziya 2024” zamanı tətbiq olunacaq daha bir böyük dəyişikliyi də açıqlayıblar: bu, daha sonra açıqlanacaq, eyni zamanda müsabiqənin bəzi aspektləri dəyişməz qalacaq, məsələn, münsiflər heyəti və tamaşaçılar tərəfindən səsvermə.

Hər bir iştirakçı ölkədəki milli münsiflər hələ də yalnız finala səs verəcək (yekun nəticənin demək olar ki, 50%-ni təşkil edir, 50%-dən bir qədər çoxu ictimai səsvermədən gəlir) və hər yarımfinalda ilk 10-luq ictimai səsvermə yolu ilə müəyyən ediləcək. Həmçinin həm yarımfinalda, həm də finalda nəticələrin təqdimatında heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayıl) və İlkin DÖvlətov təmsil edəcək.

 

COP29

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv