Avstraliya Rusiyanı hücumlarda ittiham etdi

media-hightechnic-468x90

ABŞ və Britaniyanın ardınca Avstraliya da Rusiyanı kiberhücumlarda ittiham etdi.

Yenicag.az xəbər verir ki, Avstraliyanın kibertəhlükəsizlik məsələləri üzrə naziri Anqus Teylorun sözlərinə görə, Rusiya 2017-ci ildə Avstraliya şirkətlərinə geniş haker hücumları təşkil edib.

Öz növbəsində, Avstraliyanın müdafiə naziri Marisa Peyn də həmkarının fikirlərini təsdiqləyərək qeyd edib ki, ölkənin təxminən 400 şirkəti Rusiyanın kiberhücumlarının hədəfi olublar.

Məlumat üçün bildirək ki, daha əvvəl ABŞ və Böyük Britaniyanın kibertəhlükəsizlik idarələri də birgə bəyanat yayaraq, Rusiya hökumətini dövlət və şəxsi  saytlara hücumda ittiham etmişdi.

Zaur H.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600