“Avstriya Avropa İttifaqından Azərbaycana investisiyaların cəlb olunması, Avstriya texnologiyalarının ölkənizə gətirilməsi və burada istehsal olunan məhsulların ixrac edilməsində maraqlıdır”.
Yenicag.az xəbər verir ki, bunu sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe deyib.
Qonaq həmçinin qeyd edib ki, Avstriya tərəfi Azərbaycan şirkətlərinin ölkəsində təmsil olunmasına da maraq göstərir və Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxarılması işində ölkəmizə dəstək verməyə hazırdır. /Report/
www.yenicag.az