Avstriyalı nazir müavini Bakıya gəlir

media-hightechnic-468x90

464059-10 sentyabr tarixində Serbiya Respublikasının baş nazirinin müavini, xarici işlər naziri İvista Daçiç Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, səfər çərçivəsində İvista Daçiçin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra xarici işlər nazirlərinin keçirəcəyi birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrindən cari ilin 10 sentyabr tarixində saat 10:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600