Avtobus qəzasında 15 nəfər öldü
Misirin şimalında, İsgəndəriyyə şəhərinin şərqində avtobusun estakadadan dəmiryolu xəttinə düşməsi nəticəsində 15 nəfər həlak olub. Qurbanların hamısının Misir vətəndaşı olduğu bildirilir.
Hadisə nəticəsində qatarların hərəkəti dayandırılıb.
Şahidlərin sözlərinə əsasən, avtobusa taksi çırpılıb, bundan sonra avtobus idarəetməni itirib və yol kənarındakı məhəccərləri qıraraq rels üzərinə düşüb.
Misirdə böyük yol qəzaları kifayət qədər tez-tez baş verir.
Rəsmi statistikaya görə, bu ölkədə il ərzində belə qəzalarda səkkiz minədək insan ölür. Burada qəza günahkarları, adətən, yol hərəkəti qaydalarına etinasız yanaşan taksi və mikroavtobus sürücüləri olurlar. (salamnews.az)