Avtobusda qanlı hadisə-Bakıda

media-hightechnic-468x90

c517a979b7136bdac60ec9e71c05970cHadisəni törədən şəxs axtarılır.

Bakıda sərnişin avtobusunda qanlı dava olub. Dekabrın 1-də 51 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda 1992-ci il təvəllüdlü Ədilzadə Cavidan Məhərrəm oğlu bıçaqlanıb. Hadisə Məhəmməd Hadisə küçəsi 51 ünvanının qarşısında, avtobus hərəkətdə olarkən baş verib. 22 yaşlı oğlanı bıçaqlayan şəxs dərhal düşərək uzaqlaşıb.

Xəstəxanaya yerləşdirilən C.Ədilzadənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verməsi və 22 yaşlı oğlanı bıçaqlayan şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı 34-cü Polis Bölməsinə məlumat daxil olan kimi zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600