Avtomobil ağaca çırpıldı: Ölənlər və yaralananlar var - YENİLƏNDİ / FOTO

media-hightechnic-468x90

Qubada baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Yenicag.az-a bildiriblər ki, fevralın 11-də saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora” markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb.

Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600