Avtomobil qiymətinə təyyarə satılır – 66572 manat
Bir vaxtlar Türk Hava Yollarına məxsus ən böyük təyyarə olan Airbus A340 170 min liraya (66 572 manat) satışa çıxarılıb. Yenicag.az xəbər verir ki, elanı verən Gökçə Boztəpə verdiyi açıqlamada “Təyyarə artıq ömrünü başa vurub. Sadəcə dekor kimi yararlıdır. Mühərrik və elektrik cihazları xaricində satılır. Mühərrik qapaqları üstündə olacaq” deyib.
O, “İlk dəfə 2004-cü ildə şirkət qurduq. Həmin vaxtdan 2009-cu ilə qədər 8 ədət təyyarə satmışdıq. Onlar da restoran və kafe məqsədilə alınıb. Lakin heç biri dekor kimi istifadə edilməyib. Səbəbi isə bu idi ki, o zaman bələdiyyə bu cür obyektlərə sənəd vermirdi. Biz də bir müddət belə satışları dayandırmışdıq. Hazırda bu qanun ləğv olunub” deyə vurğulayıb.