Avtomobillərin ehtiyat hissələrində SÜNİ QİYMƏT ARTIMI: Ekspertdən alıcılara XƏBƏRDARLIQ - VİDEO

media-hightechnic-468x90

Son günlər avtomobil ehtiyat hissələri bazarında nəzərəçarpacaq qiymət artımı müşahidə olunur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, bəzi işbazlar 2026-cı ildən etibarən qüvvəyə minəcək gömrük rüsumu dəyişikliyindən sui-istifadə edərək qiymətləri əvvəlcədən artırmağa başlayıblar.Ekspertin sözlərinə görə, 2026-cı ildən avtomobillərin ölkəyə idxalında müəyyən rüsum artımı nəzərdə tutulur. Lakin bu artımlar yalnız nəqliyyat vasitələrinin özünə şamil ediləcək, ehtiyat hissələrinə aid olmayacaq. Buna baxmayaraq, bəzi satıcılar rəsmi dəyişikliyi əsas gətirərək süni bahalaşma yaradırlar:

“Rüsumlarla bağlı dəyişikliyin ehtiyat hissələrinə heç bir aidiyyəti yoxdur. Lakin bəzi işbazlar bunu fürsətə çevirərək guya 2026-cı ildə hər şey bahalaşacaq deyə indidən qiymətləri qaldırırlar. Bu, süni artımdır və bazara neqativ təsir göstərir”.

Rövşən Həsənov bildirib ki, ehtiyat hissələrindəki real bahalaşma yalnız idxal prosesindəki logistika xərcləri və dünya bazarındakı qiymət dəyişiklikləri ilə əlaqəli ola bilər. Bunun xaricində hər hansı rüsum artımı ehtiyat hissələrini əhatə etmir.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa