Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağı Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.
Yenicag.az-ın verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən baş nazir Novruz Məmmədov dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə – Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.
Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını – əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib./AzərTAC/