“Axı, o videonun müəllifi deputatdır, tiktoker, ya da şou-biznes təmsilçisi deyil ki...” - PR mütəxəssisindən REAKSİYA

media-hightechnic-468x90

“Obrazlı desək, “Tarix-i-Nadir” kitabını yarıya qədər yox, tam oxuyanlar da bu duruma izah verməyə çətinlik çəkərlər”.

media-banner_tuq

Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimlinin sosial şəbəkədə paylaşdığı və geniş müzakirəyə səbəb olan videosuna PR kontekstində münasibət bildirən prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Mütəxəssisin fikrincə, millət vəkilinin belə bir davranışa yol verməsinə normal izah vermək mümkün deyil:

“Açığı, öz mahiyyətinə görə bu hadisəni sırf PR kontekstində qiymələndirmək imkan xaricindədir. Doğrudan, anlamaq çətindir ki, deputat nədən məhz bu cür müraciət forması seçib…

Dediyim kimi, əslində, burada PR-lıq bir iş yoxdur. Çünki o videoda kommunikasiya standartlarına elementar səviyyədə də əməl edilməyib. Axı, o videonun müəllifi deputatdır, tiktoker və ya şou-biznes təmsilçisi deyil ki, seçdiyi forma haradasa başa düşülən olsun.

Ciddi sayılan bir şəxsin, millət vəkilinin belə bir davranışa yol verməsinin izahı yoxdur. Obrazlı desək, “Tarix-i-Nadir” kitabını yarıya qədər yox, tam oxuyanlar da bu duruma izah verməyə çətinlik çəkərlər. Amma o da var ki, Azərbaycan siyasətində belə hallara çox rast gəlinir. Bunu onlardan biri kimi qəbul etmək olar”.

A.Zeynalov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05