!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Axı sən kimsən ki, şeyxə sərxoş halda söz atırsan?” - Deputat Abel Məhərrəmovdan danışdı

!Reklam – Yazi

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi və adının şərab biznesində hallanması məsələlərinə münasibət bildirib.

Yenicag.az-ın məlumatına görə, Hüseynbala Mirələmov “Demokrat.az”a açıqlamasında deyib ki, əgər Abel Məhərrəmov doğrudan da Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin olduğu təyyarədə bu cür hərəkətlərə yol veribsə, onun bu addımı ən böyük əxlaqsızlıqdır:

“Mən bunu ən böyük əxlaqsızlıq sayıram. Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına “ispan çaxırı” adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır. Axı sən kimsən ki, bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atırsan? Onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur”.

COP29

www.yenicag.az

18043
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv