!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ayağını zədələyən Əməkdar artist: “Nə xəstəxana, maşallah, dumbul kimiyəm”

!Reklam – Yazi

“Bədnəzər tez toxunur mənə, o qədər üzərlik yandırıram, evi də tüstü bürüyür”.

Bu sözləri tanınmış qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva ayağınını sınması nəticəsində xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Sənətçi evində olduğunu, sadəcə, ayağının burxulduğunu deyib:

“Mən də insanam, yıxıla bilmərəm? Sürüşdüm, ayağım burxuldu. Yaxşıyam, dumbul kimiyəm. Həkim gəlib evdə baxdı, ayağımın sərpdiyni dedi.

Hamı zəng edir, soruşur ki, nolub, xəstəxanadasan? Allah həmişə sevdiyi bəndələrini imtahana çəkir.

Pis elə pisdir, pisə heç nə olmur. Bir də qurban olum düşmənə, qoymur məni düşməyə. Heç kim mənə görə narahat olmasın”.

Qarmon ifaçısı “Bəlkə gözə-nəzərə gəlmisiz” sualına gülə-gülə belə cavab verib:

“Bədnəzər tez toxunur mənə. O qədər üzərlik yandırıram, evi də tüstü bürüyür”.

Cəvahir

COP29

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv