!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AYAK İB "Məşğulluq forumu" layihəsini yekunlaşdırdı - FOTOLAR

!Reklam – Yazi

 

Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək İctimai Birliyi (AYAK İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məşğulluq forumu” reallaşdırıb.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Birliyin sədri Nazim Əliyev layihə barədə məlumat verib:

“Əziz dostlar, dəyərli Forum iştirakçıları. Bu gün biz olduqca vacib bir Forum reallaşdırırıq. Məlumat üçün qeyd edim ki, bu il iyunun 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5334,3 min nəfər olub, onlardan 5026,1 min nəfərini məşğul əhali təşkil edib. Muzdla çalışan işçilərin sayı 1706,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,5 min nəfər, qeyri-dövlət sektorunda isə 802,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb. Olduqca ciddi rəqəmlərdir. Hüquqi dövlətdə sosial siyasətin tətbiq olunduğu sahələrdən biri də və başlıca prioritet sahə məşğulluğun səmərəli və düzgün təmini sahəsidir. Tarixi dövrlərə nəzər salanda görürük ki, məşğulluğun təmini sosial təhlükəsizliyin həyata keçirilməsində vacib nüanslardandır. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunda göstərilir: Bu Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Əhalinin məşğulluq probleminin həllində əsasən üç prinsip rəhbər tutulur. Aparılan bu tədbirlər yetərlidirmi? AYAK İB olaraq hesab edirik ki, yetərli deyil və vətəndaş cəmiyyəti bu istiqamətdə öz tövhəsini verməlidir. Təklifimizə müsbət cavab verdiklərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm”.

Daha sonra Birliyin İdarə Heyətinin üzvü, Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmət çıxış edərək məşğulluq sahəsində olan bəzi problemlərdən və qarşıda duran vəzifələrdən danışıb.

ASGA sədri Səbuhi Abbasov, ekspert Sevda Əliyeva, “Grass Azərbaijan”nın rəhbəri, Baku.es saytının baş redaktoru Fikrət Məmmədov, “Big Group”un rəhbəri Emil Əkbərov və digərləri çıxış edərək, layihənin əhəmiyyətindən danışıblar.

Sonda Forum iştirakçılarına sertifikatlar təqdim edilib.

COP29

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv