!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ayaz Salayevdən Rasim Balayevə SƏRT SÖZLƏR: “Şəfiqə Məmmədova ilə onun səviyyəsini müqayisə edin”

!Reklam – Yazi

Xalq artisti Rasim Balayev Azərbaycanda fəaliyyət göstərən iki eyni qurumun – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) birləşdirilməsini təklif edib.

Yenicag.az-a açıqlama verən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) rəyasət heyətinin üzvü, əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayevin qarşı tərəfə cavabı sərt olub:

“Siz, Balayevin mətbuatda mənim haqqımda vaxtilə mətbuata dedikləri, “Bu yaşa gəlmişəm. Həyatda çox az şeyə təəssüf etmişəm. Mənim həyatda ən böyük səhvim “Yarasa” filminə çəkilməyimdir. Bunu özümə heç zaman bağışlamayacam. Çünki yola çıxanda da bilməlisən ki, kiminlə yoldaşlıq edəcəksən. Ayaz dinini və dilini dəyişmiş biridir. Onun azərbaycançılığa antipatiyası var və bunu heç zaman gizlətmir”, – sözlərini oxuyub nəticə çıxarın.

İndi özünüz deyin, bu adamla eyni təşkilatda ola bilərəm, ya yox? Şəfiqə Məmmədova ilə Rasim Balayevin səviyyəsini müqayisə edin və nəticə çıxarın.

Salayev ən ağır günlərində Rasim Balayevi müdafiə etdiyini də xatırladıb:

“Vaxtilə ona təzyiq göstəriləndə və Kino İttifaqın katibliyindən çıxanda, Rüstəm İbrahimbəyov onu xəyanətdə ittiham edəndə, heç kim xahiş etmədən, könüllü olaraq onu müdafiə etmişəm. Onun haqqında daha nələr deməmişəm; milli sərvət, ustad və s. Və həmin vaxt ondan əl çəkdilər”.

Qeyd edək ki, ölkədə eyni adda iki qurum – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) fəaliyyət göstərir. Birinə Xalq artisti Şəfiqə Məmmədova, digərinə isə Xalq artisti Rasim Balayev sədrlik edir.

Qeyd edək ki, Rasim Balayev Qaynarinfo-ya,  “Kino İttifaqı bir olmalıdır, bunun başqa yolu yoxdur. Harada görünüb ki, iki ittifaq olsun? Yazıçılar, bəstəkarlar, rəssamların bir itiffaqı olduğu halda niyə kinonun iki ittifaqı var? Bunu həll etmək lazımdır”, – deyib.

Cəvahir

COP29

www.yenicag.az

15152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv