AYB-də 3 dildə kitab təqdimatı olub

media-hightechnic-468x90

859dab9ac27ac5ceef50eae00b8879caOktyabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazar Pərvin Nurəliyevanın üç kitabının təqdimat mərasimi keçirilib. Gənc yazıçının Azərbaycan dilində “Söhbətlər”, türk dilində “Balerin”, rus dilində “Dlya Samira” kitabları ictimaiyyətə təqdim olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid açıb. Daha sonra xalq şairi Fikrət Qoca, professor Qəzənfər Paşayev, tənqidçi Vaqif Yusifli, AYB katibi İlqar Fəhmi gənc yazarın yaradıcılığı barəsində fikirlərini bildiriblər. Sonda gənc yazıçı tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. (modenr.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600