Alimlər ilk dəfə Ayda mağara aşkar ediblər.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, alimlər mağaranı nəzəri cəhətdən gələcəkdə Yerin təbii peykində yaşayış üçün əlverişli baza ola biləcəyini açıqlayıblar.
İtalyan alimlərinin radardan istifadə edərək kəşf etdiyi mağaranın dərinliyi ən azı 100 metrdir. Bununla belə, tədqiqatçılar bunun Ayın hələ öyrənilməmiş yeraltı dünyasında gizlənmiş yüzlərlə oxşar mağaradan sadəcə biri olduğunu düşünürlər.
İtaliyanın Trento Universitetinin alimləri Lorenzo Bruzone və Leonard Karrer mağaranı Sakitlik dənizi adlanan məşhur Ay bölgəsinin şəkillərini araşdırarkən aşkar ediblər.
Mağaranın girişi Ayın səthindədir, aşağıda isə şaquli divarlar və maili daxili məkan var. Alimlər hesab edirlər ki, mağara milyonlarla, hətta milyardlarla il əvvəl Ayda isti lava hərəkət edərkən əmələ gəlib.
www.yenicag.az