“Paxıllıq hər sahədə var. Paxıl insan həmişə yerində sayacaq. Elələri “filankəs niyə irəli getdi, niyə uğur qazandı” deyə-deyə paxıllıqlarından xəstəlik tapır və məhv olub gedirlər”.
Bunu Aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.
Namiq paxıllığını çəkən, ayağının altını qazan sənətçilərdən də danışaraq onların iç üzünü açıb:
“Cavan aşıqlardan biri dedi ki, məni keçirdiyin yarışmaya münsif kimi çağır. Dedim, qardaş münsif özünü təsdiqləyən bir aşıq olmalıdır. Dedi, bəs sən niyə orada münsifsən? Dedim, mən münsif deyiləm, layihə rəhbəriyəm. Qayıtdı ki, bəs o aşıqlar niyə münsif ola bilir, mən yox? Dedim onlar sənətdə də, yaşda da böyükdürlər. Allaha qurban olub, “WhatsApp”da qeybətimi edəndə bildim. Deməli, bir aşığa atacağı mesajı səhvən mənə göndərib. O, səsdə deyib ki, guya mən onu həzm edə bilmirəm, paxıllığını çəkirəm. Atdığı səsi silməyi də bacarmır. Bu hərəkətinə görə sərt fikrimi bildirdikdə, o sözlərinin mənə aid olmadığını bildirərək, “Ay Namiq mənim səninlə nə işim var, bir nəfər veriliş açır, onunla əlaqəlidir səsdəki fikirlərim və başqa adama göndərirdim, səhvən sənə gəlib”, – dedi.
Allah Aşıq Dəmirə rəhmət eləsin, səsi ona göndərəcəkmiş. Aşıq Dəmirə də dedim ki, görürsən, ürəyim nə qədər düzdür, səsi özümə gəlib çatdı. Allah hər kəsin ürəyinə görə versin, bu həm alqış, həm də qarğışdır.Üzə danışan çox azdır. Hamı bir-birinin ayağının altını qazır. Bəziləri üzünə gülür, canımsan, qardaşımsan deyir, amma sonra başlayır dalınca danışmağa.
Aşıq xüsusən sənət aləmində ikiüzlü və riyakar insanların çox olduğunu vurğulayıb:
“Mənə qarşı səhv edən insanın cavabını dərhal verirəm. Uğurum olduqda məni təbrik etməyənə deyirəm ki, özünü mənə dost bilirsən, bəs nəyə görə məni bu nailiyyətimə görə təbrik etmirsən?!İnternet dövründəyik, ən azı “WhatsApp”la səs göndərərdin.
Dünən bayram çəkilişində bir nəfər əməkdar artistdən xoşu gəlmədiyini deyirdi, üç dəqiqə keçməmiş o müğənni gəldikdə, “filankəs müəllim, dəyərlimiz, gözəl insan” sözlərini işlətməyə başladı… Şoka düşdüm, yanımdakına dedim ki, bayaq bunun haqqında mənfikirlər söyləyən bu deyildi? Sənət aləmində belə insanlar xüsusən çoxdur”.
Cəvahir
www.yenicag.az