“Ayıbdır, utansınlar”
“Yazırlar ki, oğlum 9-cu mərtəbədən yıxılıb, xoşbəxtlikdən yüngül xəsarət alıb. Bu xəbərə yalnız gülmək olar”.
Bu sözləri Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
O, bildirib ki, oğlunun intihar etməsi haqda məlumat yalandır: “Gəlsinlər görsünlər, oğlumun bədənində bir cızıq, sıyrıq varmı? Ayıbdır, utansınlar. Uşaq dəniz kənarında istirahətdədir”.
Qeyd edək ki, yayılan məlumatda Ə.Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9-cu mərtəbədən yıxıldığı iddia edilir.
Xəbərdə bildirilir ki, oğlu Ə.Abıyevlə mübahisə edəndən sonra özünü 9-cu mərtəbədən atıb, intihara cəhd edib.