!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aytəkindən doğum günü ETİRAFI: "Bunu özümə rəva bilmirəm" - FOTOLAR

!Reklam – Yazi

“Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq mən də artıq 3 ildir ki, sentyabrın 27-də olan doğum günümü onları anmaqla qeyd edirəm”.

Bunu Yenicag.az-a açıqlamAsında tanınmış aparıcı Aytəkin Mərdanova doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Aytəkin ilk hədiyyəsini bacısından aldığını bildirib:

“Əslində, bu il doğum günümü qeyd etməyəcəyimi düşünmüşdüm. Ən birinci hədiyyəni bacım etdi. Yayda Bodruma bilet aldı və anam, mən, bacım getdik 12 gün gəzib gəldik”.

O, qarşılaşdığı paxıllıqlar, özünə qoyduğu qadağalar, onu həmkarlarından fərqləndirən xüsusiyyətlərlə bağlı sualları da cavablandırıb:

“Müəyyən məkanlarda, tədbirlərdə aparıcılar var ki, özlərini elə aparırlar, düşünürsən, onlar aparıcıdırsa, sən kimsən görən? Mən həmişə necə varamsa, eləyəm. Həmkarlarımın mənə qarşı paxıllığını, qısqanclığını dəfələrlə hiss etmişəm. Hətta paxıllıqarı o qədər  üzlərinə vurub ki, sonu pis nəticələnib. Gözləri götürməyəndə də başlayırlar sənə kənardan olmayan şər-böhtanlar atmağa.

Başıma çox gəlib belə şeylər. Amma paxıl insanlara nə reaksiya verim ki? Əsas odur, Allah hər şeyi görür.

Bəli, özümə qadağalarım var. Geyimimlə, sosial şəbəkədə paylaşımlarımla bağlıdır. Sosial şəbəkə hər bir məşhurun simasıdır. Orada yüngül söhbətləri, paylaşımları heç vaxt özümə rəva görmürəm. Geyimimə, hansısa paylaşımıma görə istəmirəm ailəmdə söz-söhbətlər olsun”.

Aparıcı verilişində qonaq olanların heç vaxt ayıblarını açmadığını vurğulayıb:

“İzləyicilərim də tanıyıb-bilir ki, qonaqlarıma qarşı həmişə hörmətlə davranmışam. Bəlkə də elə məni fərqləndirən bu xüsusiyyətimdir. Heç vaxt düşünməmişəm ki, hansısa məşhurun eyiblərini, sirlərini açım töküm, onları pis vəziyyətdə qoyum, hörmətdən salım. Bu, mənim xarakterimə yaddır”.

Cəvahir

www.yenicag.az

1257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv