!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sistemi qurulur" - Nazir

!Reklam – Yazi

Qarabağda müasir tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı infrastrukturunun yaradılması məqsədilə Regional Strategiya hazırlanıb.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, istehsal müəssisələrinin də tullantıların düzgün idarə edilməsində böyük məsuliyyəti var: “İstehsalçının genişləndirilmiş məsuliyyəti (İGM) konsepsiyası, məhsulun həyat dövrünün bütün mərhələlərində istehsalçının məsuliyyətini əhatə edir. Bu, məhsulun dizaynı, istehsalı, istifadəsi və son olaraq, tullantı kimi idarə olunmasını nəzərdə tutur. Azərbaycanda bu mexanizmin tətbiqi məqsədilə qanunvericilik bazası təkmilləşdirilir”.

M.Babayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal şəkildə iş aparılır: “Bu, yenidənqurma prosesinin vacib bir hissəsidir. Qarabağda müasir tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı infrastrukturunun yaradılması bizim əsas prioritetlərimizdəndir. Bu məqsədlə Regional Strategiya hazırlanıb”.

Nazir vurğulayıb ki, işğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb: “Bu tullantıların müasir şəkildə idarə olunması və xammal kimi təkrar istifadəsi vacibdir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir. Lakin bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması vacibdir. Bu prosesin başlanmasında UNEP-in dəstəyini xüsusilə qeyd etmək istərdik”.

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv