Azadlıqdan məhrum edilən hakim hökmdən narazıdır

media-hightechnic-468x90

Rüşvət müqabilində qanunsuz qərardad çıxarmaqda təqsirli bilinərək məhkum edilmiş sabiq məhkəmə hakimi İlyas Mahmudov hökmdən narazı qalıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, keçmiş hakim bəraət tələbi ilə apellyasiya şikayəti verib.

Müttəhimin özünün istintaq təcridxanasında yazdığı şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05