!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyev AP-nin qətnaməsini sərt tənqid etdi

!Reklam – Yazi

_azay_guliyev_010515_1Avropanın tanınmış “EU Reporter” informasiya portalı Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin deputatı Azay Quliyevdən müsahibə alıb.

(http://www.eureporter.co/world/2015/09/22/european-parliament-attitude-towards-azerbaijan-is-a-threat-says-mp/)

“Avropa Parlamentinin Azərbaycana qarşı “ədalətsiz, haqsız və qərəzli” mövqeyi Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarına “təhlükə” törədir”. Bunu Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməsini şərh edərkən, Azərbaycan Parlamentinin deputatı Azay Quliyev deyib.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən bu qətnamə Avropa İttifaqı və neftlə zəngin olan bu ölkə arasında diplomatik böhrana səbəb olmaqdadır.

Saytımıza verdiyi eksklüziv müsahibədə, cənab Quliyev ölkəsində insan hüquqları ilə bağlı vəziyyəti müdafiə edib.

O bildirib ki, “müstəqil siyasəti, dinamik inkişafı, yüksək tolerantlığı ilə diqqəti çəkən Azərbaycanda demokratik təsisatlar azad şəkildə fəaliyyət göstərir”.

QHT-lər, media orqanları, siyasi partiyalar və vətəndaş cəmiyyətin “bütün elementlərinin” sərbəst şəkildə fəaliyyəti təmin edilib.

Azay Quliyev daha sonra bunları deyir: “Azərbaycan hər zaman Avropa İttifaqı və ora üzv olan ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu daima bəyan edib”. Lakin, Azərbaycan prezidenti İlham Əliyevin Aİ ilə əlaqələrinin daha da yaxınlaşmasına qərarlı olduqlarını qeyd etdiyi bir vaxtda, “Azərbaycanın bu dostluq və əməkdaşlıq jestləri Avropa institutları tərəfindən adekvat dəyərləndirilmir.”

“Təəssüflər olsun ki, minillərdən bəri malik olduğu multikultural dəyərləri uğurla qoruyub saxlayaraq inkişaf etdirən, bu sahədə beynəlxalq ekspertlər tərəfindən dünyaya örnək model kimi göstərilən Azərbaycanın əldə etdiyi nailiyyətlərdən hər zaman narahatlıq keçirən dairələrdə mövcuddur. Sirr deyil ki, belə maraqlı qüvvələrin sırasında ilk yerdə erməni diasporası dayanır.” –deyə cənab Quliyev davam edir.

Azərbaycanın “Avropanın enerji təhlükəsizliyində mühüm rolunu” xüsusi olaraq qeyd edən Azay Quliyev Azərbaycanın Avropa strukturları ilə əməkdaşlıqda önəminin nə Ermənistan, nə Gürcüstan, nə də Moldova ilə “müqayisə edilə bilməyəcəyini” də vurğulayıb.

“Vətəndaşları yoxsulluq içərisində yaşayan, iqtisadiyyatı tənəzzülə uğrayan Ermənistan “Şərq tərəfdaşlığı” proqramına hansısa töhfə verə bilmək gücündə deyil. Rusiya tərəfindən idarə olunduğu heç kimə sirr olmayan rəsmi İrəvan əks qütbdə-Avrasiya İqtisadi Birliyində təmsil olunur.
Ermənistanda əsgər analarının, sosial durumlarından şikayətçi olanların keçirdikləri etiraz aksiyalarının siyasi rejim tərəfindən xüsusi qəddarlıqla dağıdılmasına baxmayaraq, Qərbin Ermənistana münasibəti tamamilə fərqlidir, siyasi rejim heç vaxt tənqid olunmur.
Bu günlərdə Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli Azadlıq Hərəkatı” İctimai Birliyinin rəhbəri Vahan Martirosyanın məruz qaldığı zülmlər haqqında verdiyi bəyanat buna sübutdur.
Deputat daha sonra aşağıdakıları qeyd edib: “Unutmaq olmaz ki, bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əhəmiyyətli rola sahibdir. Ancaq bütün bunların qarşılığında Qərbin müəyyən dairələri erməni diasporasının təhriki ilə ölkəmizin beynəlxalq imicinə ləkə vurmaq, onu gözdənsalma kampaniyası aparmaqdadır”.
Sentyabrın 15-də Amerika Ermənilərinin Milli Komitəsi “erməni diasporasına Azərbaycanla Avropa Parlamentinin münasibətini korladığına görə təşəkkür edib və AP-nın 10 sentyabr tarixli qətnamsənin erməni lobbisinin qələbəsi adlandırıb”.

A.Quliyevin fikrincə, “Bu fakt artıq Avropa Parlamenti rəhbərliyində və siyasi qruplarda təmsil olunan avropalı siyasətçilərin bir çoxu erməni diasporası tərəfindən ələ alınması və ya şəxsi maraq qarşısında Azərbaycan əleyhinə çirkin kampaniyada rol alması haqqında bizim dediklərimizin tam etirafı və açıq sübutudur”.

“Təəsüflər olsun ki, anti-Azərbaycan kampaniyasında digər qonşularımız- Rusiya və İranın da maraqlı olması və bu işə dəstək verməsi haqqında bizə ciddi məlumatlar daxil olmaqdadır. Bütün bunların isə bir məqsədi var: Avropa İttifaqı ilə Azərbaycanı üz-üzə qoymaq və nəticədə Aİ-nın Azərbaycanı itirməsinə nail olmaq.

Etiraf etməliyik, artıq demək olar ki, anti-Azərbaycan koalisiyası müəyyən mənada buna nail də olub. Belə ki, Avropa Parlamentinin sonuncu əsassız qətnaməsinə etiraz əlaməti olaraq Azərbaycan Parlamenti “Şərq Tərəfdaşlığı” proqramının önəmli institutu olan AVRONEST PA-dan çıxmaq haqqında qərar verdi. Bu isə Avropa Qonşuluq Siyasətinin iflası ola bilər. Bundan kimin qazandığını isə söyləmək o qədər də çətin deyil.”-deyə A.Quliyev bildirib.

Millət vəkili müsahibəsində qeyd edib ki, “bir qrup ermənin girovuna çevrilmiş” Avropa Parlamentinin nəhayət “reallıq hissini bərpa edərək səhvini aradan qaldırmasının və Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz, qeyri-obyektiv, yanlış qərarlardan imtinasının çoxdan zamanı çatıb”.
.

.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv