!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyev bir gündə seçicilərlə üç kütləvi görüş keçirib - FOTOLAR

!Reklam – Yazi

Bu gün “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Azay Quliyev məhəllələrdə seçicilərlə görüşlərini davam etdirib.

Yenicag.az xəbər verir ki, ilk görüş Ağasadıq Gəraybəyli 41 və Koroğlu Rəhimov 53 a ünvanlarında keçirilib.

Azay Quliyev ona ünvanlanan bütün müraciətlərin araşdırılaraq müvafiq qaydada həlli üçün ötən 4 ildə var gücü ilə çalışdığını bildirib. Seçiciləri dinləyən Azay Quliyev, onların səsləndirdikləri problemlərin həlli ilə bağlı müvafiq icra qurumları qarşısında məsələ qaldıracağını bildirib.

Azay Quliyev seçicilərlə növbəti görüşü 8-ci mikrorayon, Azadlıq prospekti 188 saylı binanın qarşısında yerləşən mədəni-kütləvi tədbirlər evində ətraf çoxmərtəbəli binalarda yaşayan sakinlərlə keçirib. Görüşdə çıxış edən seçicilər müraciətlərini daima diqqətdə saxladığı, problemləri ilə maraqlandığı və onların həlli üçün göstərdiyi köməkliyə görə Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Azay Quliyev Milli Məclisə keçirilən növbəti seçkilərinin mühüm əhəmiyyət daşıdığını deyərək 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərini 9 fevral günü yüksək fəallıq göstərməyə çağırıb. Azərbaycanda ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri üçün e-kabinet xidməti yaratdığını vurğulayan Azay Quliyev bunun unikal imkan olduğunu bildirib: “E-kabinet deputatla seçicilər arasında maneəsiz, operativ və şəffaf əlaqənin qurulması, seçicilərin problemlərinin effektiv həlli, həmçinin qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırmaq məqsədilə yaradılan yeni və innovativ kommunikasiya modelidir. Bu xidmət artıq sizin ixtiyarınızdadır”.

www.yenicag.az

982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv