Reklam

Reklam

unnamedSeçki kampaniyası çərçivəsində görüşlərini davam etdirən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin bugünkü görüş ünvanı 14 il yaşadığı məhəllə olub.

Keçmiş qonşuları tərəfindən hərarətli alqışlarla qarşılanan Azay Quliyev çıxışında, bu görüşün keçirilməsinin onun üçün xüsusi önəm daşıdığını bildirib: “Mənim gəncliyim bu məhəllədə keçib. İndi, bu görüşdə tanış, doğma simaları görmək mənim üçün çox əlamətdardır”.

Seçki kampaniyası başlamamışdan əvvəl, dairənin yerləşdiyi ərazidə, həmçinin, görüşün keçirildiyi məhəllədə sakinləri narahat edən məsələlərin seçki qərargahı tərəfindən öyrənildiyini nəzərə çatdıran deputatlığa namizəd, bu məsələlərin həlli istiqamətində artıq müəyyən fikirlərin, təkliflərin formalaşdığını deyib.

Görüşdə çıxış edən sakinlərdən Aydın Qədimli, Rəsul Lətifzadə, Elmira Bayquzina və başqaları Azay Quliyevin deputat və ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd edərək, onun məhz bu dairədən namizədliyini irəli sürməsindən fəxr hiss duyduqlarını bildiriblər.
Seçicilər, səsvermə hüququ olan ailə üzvləri ilə birlikdə 1 noyabrda məntəqələrə gedib hamılıqla Azay Quliyevə səs verəcəklərini bəyan ediblər.

Səmimi dəstəyə görə seçicilərə təşəkkürünü bildirən Azay Quliyev, deputat seçildikdən sonra onlarla daha sıx təmaslarda olacağını, onları narahat edən məsələlərin həllində yerli və mərkəzi dövlət qurumları ilə birgə çalışacağını söyləyib.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 22 oktyabrda saat 17.00-da Binəqədi rayonu, Naxçıvani küçəsi 38 ünvanında seçicilərlə görüşəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 131
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."