Azər Badamov: “Türk dövlətlərinin hərbi təlimləri yeni bir tarixin başlanğıcıdır”

media-hightechnic-468x90

“Prezidentin çağırışı hərbi blokun yaradılması anlamını verməməlidir. Dövlət başçımız hər bir türkdilli dövlətin ordusunun fərdi şəkildə güclənməsini hədəfləyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat Prezident İlham Əliyevin təşəbbüsü olan Türk dövlətlərinin birgə hərbi təlimlərinin strateji əhəmiyyətindən danışıb.

media-1746442684_azer_badamov_esasdir-2

Azər Badamov bildirib ki, dövlət başçısının “Bizim ailəmiz Türk dünyasıdır” müdrik kəlamının arxasında böyük bir fəlsəfə dayanır:

“Bu gün dünya nizamı yenidən qurulur və beynəlxalq hüquq demək olar ki, kağız üzərində qalıb. Beynəlxalq hüquq böyük dövlətlərin istəklərinə uyğunlaşdırılır. Ona görə də biz Türk Dövlətləri Təşkilatını (TDT) hərtərəfli gücləndirməli və birliyimizi dünyaya nümayiş etdirməliyik”.

Deputat vurğulayıb ki, birgə hərbi təlimlər ölkələri hərbi müstəvidə daha güclü edəcək:

“Azərbaycan və Türkiyə hər il bir neçə dəfə birgə hərbi təlimlər keçirir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik qüdrətli ölkədir. Azərbaycan Türkiyə ilə bu təlimləri keçirməklə ordusunun peşəkarlığını artıraraq NATO standartlarına uyğunlaşdırır. Prezidentin çağırışı digər türkdilli dövlətlərin də bu prosesə cəlb olunması və ordularının müasir standartlara gətirilməsi ilə bağlıdır”.

A.Badamov qeyd edib ki, bu təşəbbüs hərbi blok yaratmaq deyil, gücləri birləşdirmək məqsədi daşıyır:

“Bu təşəbbüs hər bir türkdilli dövlətin ordusunun güclənməsinə xidmət edir. Hesab edirəm ki, digər dövlətlərin də bu prosesə qoşulması ilə bu ildən birgə hərbi təlimlər keçiriləcək və bu, Türk dünyası üçün yeni bir tarix olacaq”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa