!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azər HƏSRƏT: PİN-in qapısına qədər gedənlər

!Reklam – Yazi

Azər HƏSRƏT, [email protected]

Bu yaxınlarda Facebook-da bir status yazmışdım ki, ABŞ-da olan Altay Göyüşov bilib-bilmədən şəxsimlə bağlı yanlış rəy yaradır. Adam məni guya kopy paste (kopi peyst) kimi bir işlə məşğul olmaqda ittiham edirdi. Dostluğumda yoxdur, o üzdən də nə yeyib, nə içdiyindən xəbərim olmur. Amma başqa dostlar sayıqlıq nümayiş etdirir, belə şeylər olanda xəbər verirlər. Mən də bu Göyüşova müraciətlə yazmışdım ki, kopy paste fəaliyyətimlə bağlı bir tutarqa təqdim eləsin. Səsi gəlmədi. Gələn də deyil. Çünki bunun üçün əlində fakt olması lazımdır.

İndi sual oluna bilər: belə şeylər məni təəccübləndirirmi? Əsla. Çünki bu tip adamların mənim kimi insanları hədəfə alması tam gözləniləndir. Ona görə ki, bunların çörəyi belə şeylərdən çıxır.

Maraq üçün az öncə bu adamın Facebook səhifəsində bir araşdırma apardım. Sadəcə istədim öyrənim ki, az qala mənim kimi adi bir fəalın personasını belə diqqətdə saxlayan Altay Göyüşov Xocalı faciəsi haqqında hansı paylaşımları edib. Yenə də təəccüblü heç nə yox idi. Bu adam Azərbaycan xalqının ümumi dərdi olan Xocalıdan bir kəlmə belə yazmırdı. Əvəzində isə fevralın əvvəllərində Praqaya etdiyi səfərdən xəbər tutmuş oldum. Özü də tək deyil. Daha bir şəxs – Natiq Cəfərlini də onun paylaşdığı şəkillərdə gördüm. Bu da qəribə gəlmədi.

Qəribə gələn başqa məsələ idi. Göyüşov bu paylaşımları edir, hətta Praqada olanları görüşə dəvət edir, amma niyə bura gəldikləri haqqında heç nə yazmır. Belə yerdə dalağım sancmazmı? Sancdı təbii və araşdırmağa davam etdim.

Sağ olsun etibarlı dostlar, Altay Göyüşov, Natiq Cəfərli və şəriklərinin Praqa səfərinin gizlinlərini mənə açdılar. Bəlli oldu ki, bu adamlar məlum və məşhur PiN təşkilatının birbaşa və ya dolayı dəvəti üzrə ora səfər ediblərmiş. Və proqramları da hər anlamda çox “zəngin” olubmuş…

Deyilənlərə görə, bunlar orada təhsil layihələrini müzakirə ediblərmiş. Hə, bir də konkret olaraq təmsil etdikləri REAL hərəkatına maliyyə yardımı təklif və müzakirə edilib.

Qeyd etdiyim kimi, bu fəaliyyətlər barədə bu bəylər nəsə informasiya verməyə meylli olmayıblar. Xəsislik ediblər. Bu xəsislik nədən qaynaqlanıb? PiN-in nə olmasından əlbəttə. Bu haqda az sonra söz edəcəyik.

İndi isə əlavə edim ki, bu PiN Göyüşov və şəriklərinə (Goyushov & Co.) Azərbaycanda və bütövlükdə bölgəmizdəki siyasi prosesləri təhlil etmək üçün dəstək vəd edib.

Bu yerdə mənim kimi adamı bir sual düşündürür: əcəba, PiN kimi humanitar bir təşkilatın nəyinə lazımdır ki, bizim ölkəmizdəki siyasi proseslərin təhlilinə pul ayırır?

Nəyinə lazım olduğunu PiN-in özünün nə olması haqqında suala aydınlıq gətirdikdən sonra hər kəs anlayacaq.

PiN ingilis dilində “People in Need” sözlərinin baş hərfləridir. Təşkilatın adını “Ehtiyac içindəki adamlar” kimi tərcümə edə bilərik. Buradan çıxış edərək Goyushov & Co.-nun də ehtiyac içində olduğunu demək olarmı, olmazmı, bilmirəm. Amma onların PiN-in qapısına ayaq açmasına əsaslanıb nəsə durumun dəyişməsindən, yaxud da bu adamların bütün prinsipləri ayaqlar altına atmasından danışa bilərik.

PiN rəsmi olaraq 1992-ci ildən fəaliyyətdədir. Humanitar təşkilat kimi. Özü də o dövrdə bölücü Qarabağ ermənilərinə hərtərəfli dəstək verməsilə tanınır. Qurucularından biri Avropa Parlamentinin məlum və məşhur Çexiyalı deputatı Yaromir Ştetinadır. Bu adamı tanıyanlar üçün yazını burda da bitirmək olardı. Amma nəzərə alaq ki, oxucuların bəziləri üçün bu, yetərli olmaya bilər. Ona görə də davam edirik.

PiN-in fəaliyyətini yaxından araşdıranda bəlli olur ki, bu qurum, əslində, elə indi də ermənipərəstdir. Əsas diqqət ayırdığı bölgə də bizim bölgəmizdir. Bir tərəfdə ermənilərə dəstək verir, digər tərəfdə də Azərbaycanlı fəalları öz tərəfinə cəlb edir. Təsadüfi deyil ki, bir neçə il öncə Azərbaycanda müxtəlif maliyyə maxinasiyalarında adı hallanan və ermənilərin təcavüzkar siyasətinə loyal yanaşan bəzi fəallar ölkədən qaçıb məhz PiN-in ağuşuna sığınmışdılar. O adamlar bu gün də PiN-in “atalıq qayğısı”ndan bəhrələnməyə davam edirlər.

Heç bu da hamısı deyil. PiN-in adı həm də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdan insan orqanlarının nəqlində hallanır. Bəli, bəli, bu qurum əsir götürülmüş Azərbaycanlıların orqanlarının qaçaqmalçılığı ilə də məşğul olub.

Özü də humanitar təşkilat kimi qurulduğu halda siyasi proseslərdə birbaşa tərəf tutub, mövqe sərgiləyib və açıq dəstək verib. Təbii ki, bizə qarşı olanlara…

İndi də bu Goyushov & Co. o üzdən PiN-in qonağı olmaları haqda bilgiləri cəmiyyətdən gizli tutmağa çalışır. Yəni bunların özləri də anlayır ki, getdikləri yer salamat yer deyil. Amma elə bir relsə düşüblər ki, məhz bu PiN kimi qurumların ayağına getməkdən başqa çarələri yoxdur. Üstəlik, Azərbaycanın milli məsələlərində də seyrçi mövqedə qalmalıdırlar. Əks təqdirdə PiN və bənzəri qurumlar bunların payını kəsər…

Bu adamların mənim kimi insanları da dəxli olmadan hədəfə alması, yeri gəldi-gəlmədi nədəsə və mütləq ittiham etməsi elə PiN kimi təşkilatların “dostu” olmalarından irəli gəlir. PiN bu adamların azacıq da olsa milli təəssübkeşlik sərgiləməsinə, milli insanlara sıcaq yanaşmasına bir saniyə belə dözməz çünki…

Və Goyushov & Co. iddia edir ki, Azərbaycanda demokratiya, insan haqları uğrunda mübarizə aparırlarmış. Adama deyərlər ki, sən doğrudan da bu dəyərlər uğrunda “mübarizə” aparansansa, niyə ermənilərin tərəfindən çıxış edən bir təşkilatın qapısına gedirsən, üstəlik, ardından da Xocalının ildönümünü görməzlikdən gəlirsən?..

COP29

www.yenicag.az

4099
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv