Azər SARIYEV: Bizim “poslednıy”lər

media-hightechnic-468x90

1545218_778725368828855_6093411192330166211_nErməni mediası və Türkiyənin bəzi media qurumları Azərbaycan əsgərlərinin Qarabağ ordusuna məxsus helikopteri vurması barədə xəbər yayırlar. Bəzi yerli media mənsublarımız isə xəbərin bu cür yayılmasına haqq qazandırır, yəni “Qarabağ ordusu” ifadəsini yerində sayırlar. 

Birincisi, ordu ilə silahlı qruplaşmanın fərqini doğrudanmı bilmirsiniz? İkincisi Dağlıq Qarabağ adlı qurum varmı ki, ordusu da ola. Bu “qurumu” ermənilərdən başqa tanıyan yoxdur. Amma təəssüf ki, bizdən də tanıyanlar varmış. Ola bilər kimsə, bununla Orhan Pamuk olmaq istəyir. Amma Orhan Pamuk olmaq üçün heç olmasa onun kimi yazmağı bacarmaq lazımdır. Əllaməçilik sonrakı fazadır. Amma məşhurlaşmaqdan ötrü, özünü axına qarşı gedən kimi qələmə vermək üçün başqa mövzu da fikirləşmək olardı. Ehtimal ki, düşmən dəyirmanına su tökən bu addımlar məqsədli atılır. İctimai qınağa həfə olmaq, sonra sığınacaq üçün Avropa ölkələrinin birinə müraciət etmək və nəhayət, həmin ölkələrin birində dotasiya ilə yaşayaraq elə həmin cəmiyyətin axırıncı dərəcəli adamına çevrilmək. Bəli, elə bilməsinlər ki, özünü axırıncı yola qoyaraq Avropada sığınacaq almaqla Qərb cəmiyyətlərinin tam hüquqlu üzvünə çevriləcəklər. Elə orada da axırıncı olacaqlar. Rusca desək: “poslednıy”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600