Azər Sarıyevə açıq təbrik
Bu gün Azər Sarıyevin doğum günüdür.
Onu 2002-ci ildən tanıyıram.
Həmişə gülərüz, həmişə istiqanlı…
Həmişə dostcanlı…
“Vəzifə insanı dəyişər” mifini yıxan adamdır Azər Sarıyev…
Tamamən fərqli düşərgələrin və düşüncələrin adamlarını Azər mövzusunda birləşdirən də Azərin hər zaman sadəcə Azər olaraq qalmasıdır…
Çox ciddi iş rejimində işlədiyi anlarda belə yorğunluğunu dostuna hiss etdirməyən insandır Azər Sarıyev…
Əziz dostumuz, doğum günün qutlu olsun!
Yaşının üzərinə gələn hər bir il səni daha da müdrikləşdirsin…
Səsin daim ucalardan gəlsin…
Biz səni o postda tanısaq da, səni sən olduğun üçün sevdik və bağrımıza basdıq…
Arzumuz odur ki, Uca Tanrı bütün diləklərini gerçəkləşdirsin…
Dərin hörmətlə,
Aqil Ələsgər
Təbrikə Yenicag.az-ın kollektivi də qoşulur