Azər Zahid barədə həbs qərarı verildi - Görün nədə ittiham olunur

media-hightechnic-468x90

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

Yenicag.az-ın “Qafqazinfo”ya istiandən məlumatına görə, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600