Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Əvvəlcə meydana “Şəki” və “Xırdalan” komandaları çıxıb. Görüş paytaxt təmsilçisinin 107:92 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında isə “Gəncə” ilə “Sabah” üz-üzə gəlib. Görüş Bakı klubunun 103:86 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki oyunlarında “Xəzri” “Neftçi”ni 86:84, “NTD-İndiqo” “Sumqayıt”ı 104:95, “Sərhədçi” isə “Cəlilabad”ı 97:92 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 19 xalla “Sabah” rəhbərlik edir. Eyni xala malik “NTD-İndiqo” 2-ci, 18 xallı “Xəzri” 3-cü, “Neftçi” isə 16 xalla beşinci pillədə qərarlaşıb.
www.yenicag.az