!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan bazarını tərk edən şirkətlərin yeri boş qalmır” – Millət vəkili

!Reklam – Yazi

“Bazarda uğur qazanmaq istəyən şirkətlər keyfiyyət amilinə diqqət yetirməli olacaqlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra xarici şirkətlərin Azərbycanı tərk etməsinə və bazarın gələcək vəziyyətinə münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib.

Son həftələrdə Azərbaycanda fəaliyyətini dayandıran əcnəbi şirkətlərin sırasına İsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkəti də əlavə olunub.

Məlumata görə, şirkətin Türkiyədəki törəməsi – “Golgate-Palmolive Temizlik Ürünləri Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan edib (Report.az).
Sözügedən şirkətin Azərbaycan bazarında öz seqmentində aparıcı mövqedə qərarlaşması onun istehlakçı etimadı qazandığını təsdiqləyir.

Ona görə də, “Colgate-Palmolive” şirkətinin ölkəni tərk etməsi başqa qurumların bazarı nisbətən keyfiyyətsiz məhsullarla dolduracağına yönələn müəyyən narahatlıq doğurub.

Bununla bağlı Yenicag.az-a danışan millət vəkili Vahid Əhmədovun fikrincə, hər hansı bir şirkətin bazarda keyfiyyətsiz məhsulla möhkəmlənməsi mümkün deyil:

“Əslində, belə məsələlərə adi baxmaq lazımdır. Xarici şirkətlərin ölkədə fəaliyyətə başlamaları və ya buradakl işlərinə son vermələri keçici, davamlı prosesdir.

O şirkətlərin ölkəni tərk etmələrinin səbəbi də müxtəlifdir – bəziləri müqavilə müddəti bitdiyindən, bir çoxları isə sadəcə, belə lazım bildiyi üçün Azərbaycandan getməyə qərar verir.

vahid_axmedovAncaq siz deyən şirkətlərin, həmçinin ölkədən gedən digər kompaniyaların bazardakı yeri əlbəttə ki, boş qalmayacaq. Yəni bir şirkət bazardan çıxırsa, onun yerini başqası tutur.

Nəzərə alaq ki, hökumət hazırda idxalın həcmini azaltmaq üçün yerli istehsalın genişləndirilməsinə çalışır və bu istiqamətdə addımlar atılır.

O baxımdan çox mümkündür ki, həmin məhsulların bazarında yerli şirkətlər əvvəlki dövrlərə nisbətən daha çox fəallıq göstərsinlər.

Lakin bazarda möhkəmlənməyin bir şərti də keyfiyyət məsələsidir. Sözsüz ki, uğur qazanmaq istəyən şirkətlər bu amilə diqqət yetirərək, öz məhsullarının keyfiyyət standartlarına cavab verməsini təmin etməlidirlər. Əks halda, onların bazarda möhkəmlənməsi mümkün olmaz”.

A. Zeynalov

COP29

www.yenicag.az

2046
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv