Fermerlərin yerli bazara az maraq etməsi: "Mexanizmlərdəki uyğunsuzluqlar və infrastruktur çatışmazlığı..."

media-hightechnic-468x90

“Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının bol olmasına baxmayaraq, fermerlərin məhsullarını yerli bazarda sata bilməməsi ciddi problemlər yaradır. Məsələ təkcə istehsal həcmi ilə deyil, bazar mexanizmlərindəki uyğunsuzluqlar və infrastruktur çatışmazlığı ilə bağlıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.media-akif-1

Onun sözlərinə görə, fermerlərin məhsullarını daxili bazarda reallaşdıra bilməməsinin bir neçə əsas səbəbi var:

“Birinci səbəb yerli bazarda tələb və təklif arasında uyğunsuzluqdur. Bəzən istehsal çox olur, lakin istehlakçının alıcılıq qabiliyyəti və ya həmin məhsula marağı kifayət etmir. İkinci mühüm amil isə infrastruktur çatışmazlığıdır. Logistika, saxlama və paylama sistemlərinin yetərsizliyi məhsulun tez xarab olmasına və vaxtında bazara çıxarıla bilməməsinə gətirib çıxarır. Bu da fermerləri məhsulu ixraca yönəltməyə məcbur edir”.

İqtisadçı bildirib ki, daxili bazar istehsalçılar üçün daha az cəlbedicidir:

“Bazar inhisarçılığı səbəbindən qiymətlər aşağı olur, satış sabitliyi zəifdir. Xarici bazarlarda isə müqavilələr daha uzunmüddətli, qiymətlər isə daha yüksək və stabil olur. Vasıtəçilər və topdansatışçılar qiymətlərin formalaşmasında mühüm rol oynayır, əlavə xərclər fermerin qazancını azaldır. Nəticədə yerli bazarda ya qiymətlər yüksək olur, ya da məhsulun böyük hissəsi ümumiyyətlə bazara çıxmadan qalır”.

Ekspert problemin həlli yollarına da toxunaraq qeyd edib ki, infrastrukturun gücləndirilməsi, soyuq zəncir sistemlərinin inkişafı və məhsulun birbaşa istehlakçıya çatdırılmasını təmin edən satış kanallarının qurulması vacibdir.

Onun sözlərinə görə, satış kanallarının şaxələndirilməsi, bazar məlumatlarının fermerlərə əlçatan olması, topdansatış və pərakəndə satışda şəffaf qiymət mexanizmlərinin yaradılması da mühüm addımlardandır. Eyni zamanda, yerli istehlakçıların marağını artırmaq üçün marketinq və təşviqat tədbirləri həyata keçirilməlidir.

Samir Məcid

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa