!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan bu il 10 ölkəyə 3,5 mln. tona yaxın neft ixrac edib - SİYAHI

!Reklam – Yazi

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 932 715,48 min ABŞ dolları dəyərində 1 687 729,6 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

Yenicag.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına əsasən məlumatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Almaniya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 223 278,37 min dollar dəyərində 409 959,01 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvarında bu ölkəyə 202 264,3 min dollar 364 669.21 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 10 ölkəyə 1 903 035,78 min dollarlıq 3 460 826.94 ton neft ixrac edilib.

Azərbaycanın bu ilin yanvar ayında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:/apa

 

Ölkələr Miqdar (ton) Statistik dəyər (min ABŞ dolları)
Cəmi 3 460 826.94 1 903 035.78
1. İtaliya 1 687 729.6 932 715.48
2. Almaniya 409 959.01 223 278.37
3. Çexiya 364 669.21 202 264.3
4. Xorvatiya 338 948.76 188 199.24
5. Portuqaliya 215 986.35 109 076.82
6. Rumıniya 184 525.33 104 822.29
7. Böyük Britaniya 130 604.9 73 435.95
8. Yunanıstan 94 445.69 52 588.25
9. İrlandiya 25 316.45 12 426.28
10. Türkiyə 8 641.65 4 228.79

www.yenicag.az

125
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv