Azərbaycan çempionunun oyununda əlbəyaxa dava - VİDEO

media-hightechnic-468x90

“Araz-Naxçıvan” və Kosovonun “Ligeni” komandaları arasında futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələ oyununda dava düşüb.

Yenicag.az xəbər verir ki, insident matçın sonuncu – 40-cı dəqiqəsində baş verib.

Azərbaycan çempionunun hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib və oyunçular bir-birilərinə zərbə endirməyə başlayıblar.

Daha sonra Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka ayağı ilə braziliyalı forvardı vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Görüşün baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, qarşılaşma 6:6 hesabı ilə başa çatıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600