Azərbaycan cüdoçuları Gimnaziadanın ilk günündə 4 medal qazandılar
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında cüdo yarışlarına start verilib.
Yenicag.az xəbər verir, Luçani şəhərində təşkil edilən yarışların ilk günündə Azərbaycanın 4 idmançısı fəxri kürsüyə yüksəlib.
44 kiloqram çəki dərəcəsində mübarizə aparan Yağmur Abdullayeva finalda monqolustanlı Buyanbleq Batxudu üstələyərək qızıl medal qazanıb.
Bürünc medal uğrunda görüşlərdə Fatimeyizəhraxanım Məmmədzadə (36 kiloqram) monqolustanlı Kişiqmaa Dorinanyidə, Nərgiz Məmmədova ( 40 kiloqram) braziliyalı Alessiya Şerdana, Məhəmmədəli Mehdi isə (73 kiloqram) serbiyalı Boqdan Vuçkoviçə qalib gəliblər. Rahim Əliyev (55 kiloqram), Davud Bayramov (66 kiloqram) və Camal Bünyatov (81 kiloqram) öz çəki dərəcələri üzrə 5-ci yeri tutublar.
Nuru Sadıqzadə ( 55 kiloqram), Aqşin Bayramov ( 60 kiloqram), Şövkət Kərimova (48 kiloqram) və Sunay Məmmədova (52 kiloqram) təsəlliverici görüşlərdə uduzublar.
Qeyd edək ki, cüdo yarışlarına aprelin 12-də yekun vurulacaq.