!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövlətçilik tarixi: Zəfərin əldə olunmasında vətənpərvərlik təbliğinin təsirləri - TƏHLİL

!Reklam – Yazi

Milləti tanıdan, digər xalqlardan fərqləndirən bir sıra xüsusiyyət vardır. Bunlardan ən vacibi isə adət-ənənələrdir. Azərbaycanın tarixinin qədim dövrləri əhatə etməsi adət-ənənələrimizin, dövlətçiliyimizin, ədəbiyyatımızın inkişafına səbəb olub.

Dövlətçilik tarixinin, milli adət-ənənələrin millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev bu xüsusda demişdir:

“Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”.

Ümummilli lider Heydər Əliyevin cızdığı yolun davamçısı olan İlham Əliyevin sayəsində bu mövzuda daha da ciddi irəliləyişlər müşahidə edilir. Onun təcrübəsi, uğurlu fəaliyyəti nəticəsində ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni sahələrin hər birində ölkəmiz adına ciddi uğurlar əldə olunub.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği mövzusunda Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) I Vitse-prezidenti Məhərrəm Zülfüqarlı Yenicag.az-la fikirlərini bölüşüb.

O, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizi bərpa etdikdən sonra çox güclü ruh yüksəkliyi ilə Azərbaycan dövlətçiliyinin təbliğ oluduğunu bildirib:

“1988-ci ildə Sovet dövrü ali məktəbində Azərbaycan tarixi dərsliyini tədris etməyə başladım. Bundan öncə isə yalnız Azərbaycan universitetlərində, məktəblərində, tarix fakültələrində Azərbaycan tarixi tədris olunurdu. Hətta Azərbaycan tarixi dərsinə digər qruplardan da tələbələrin qoşulduğu, tariximizi maraqla dinlədikləri yadımdadır. Həmin dövr gəncliyi milli-vətənpərvər ruh baxımından çox inkişaf etdi.

Azərbaycan tarixinə, mədəniyyətinə aid kitabların nəşri sahəsində böyük işlər görülüb.

Xüsusilə Azərbaycanın 44 gün ərzində Ermənistana qarşı haqlı müharibəsində xalq birliyi, ruh yükəskliyi müşahidə olundu, vətənpərvərlik hisslərinin çox yüksəldiyi görüldü. Xalqımızın şəhid qanı ilə azad olunan ərazilərin hər qarışına sevgisi daha da artdı.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsində görülməli olan hələ çox iş var. Xalqımızın Azərbaycan tarixini dərindən öyrəndiyi, daha çox sevgi göstərdiyi bir vaxtda Təhsil Nazirliyi dərs saatlarının vaxtını azaltdı. İbtidai icma quruluşundan müasir dövrə qədər olan tariximizi tələbələrə 15 mövzu ilə dərindən çatdırmaq qeyri-mümkündür.

Əlavə olaraq 44 günlük müharibədə iştirak edən, qəhrəmanlıq göstərən şəhid, qazi, veteranların yetişən gəncliyə tanıdılması yolunda dərs saatları ayrılmalıdır. Gənclərin vətənpərvər ruhda yetişməsi üçün bu sahədə təbliğatın yüksək səviyyədə aparılması çox vacibdir.

Əgər sözügedən mövzuda hər şey istədiyimiz kimi yolunda getsə, Azərbaycanın müasir gəncliyi vətənpərvərlik ruhunda, dövlətə bağlılıq, tarixinin təbliğ olunması və tanıdılması hissləri ilə yetişəcək. Dövlətimizin güclənməsini, inkişafını, dünyada aparıcı gücə çevrilməsini istəməyən düşmənlərimiz çoxdur. Dövlətimizi istəməyən xarici qüvvələr xalqımızda ruh düşnkünlüyünün yaşanmasını, birlik, vətənpərvərlik hisslərinin yox olmasını istəyir. Xalqında birlik olmayan dövlətin dövlətçiliyi də əlindən alınar, torpağı da işğal olunar. Bu isə bir ölkə üçün ən qorxuducu ssenaridir.
Bəhs etdiyimiz mövzuda yaşanan çatışmazlıqların aradan qaldırılması üçün lazımi işləri görürük və görəcəyik. Lakin hər şeyin tam yolunda getməsi, problemlərin və çatışmazlıqların tamamilə aradan qaldırılması üçün birlik olmaq lazımdır. Dövlət qurumlarımız vətən-dövlət məfhumu olan yerdə Azərbaycan tarixinin, milli adət-ənənələrinin, mədəniyyətinin təbliğ olunmasında göstəriş gözləməməlidir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanmışdır.

COP29

www.yenicag.az

937
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv