Rusiyadan KTMT-yə ordunun modernləşdirilməsi TƏKLİFİ: "Putinin modeli Ukraynada öz effektini göstərmir"

media-hightechnic-468x90

“Bu ölkələrin NATO modelini tam şəkildə kənara qoyub Rusiyanın təqdim etdiyi sistemə keçməsi o qədər də inandırıcı görünmür”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin silahlı qüvvələrinin modernləşdirilməsi təklifi barədə danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.media-turan_rzayev Politoloq bildirib ki, bir çox post-sovet ölkələri ordularını NATO standartlarına uyğun inkişaf etdirməyə çalışır:

“Həmin istiqamətdə xüsusilə Türkiyənin böyük töhfəsi və təcrübəsi var. Azərbaycan və Ermənistan da uzun müddətdir, bu siyasəti tətbiq etməyə çalışır.

Azərbaycanın ordusu xüsusilə NATO standartlarına uyğundur. 44 günlük müharibədə, həmçinin lokal xarakterli antiterror əməliyyatlarında bunun effektivliyini açıq şəkildə gördük. Rusiyanın təklif etdiyi hərbi modeli isə sovet sisteminin yenilənmiş versiyası hesab etmək olar. Lakin NATO alternativi deyil. Yəni bu ölkələrin NATO modelini tam şəkildə kənara qoyub Rusiyanın təqdim etdiyi sistemə keçməsi o qədər də inandırıcı görünmür”.

O, KTMT-nin simvolik xarakter daşıdığını bildirib:

“KTMT hərbi alyans kimi təqdim olunsa da, nə Rusiya məsələsində, nə də Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bu qurumun aktiv fəaliyyətini görmədik. Yalnız Qazaxıstandakı iğtişaşlar zamanı KTMT müdaxilə etdi. O da çox qısa müddət sonra ərazini tərk etdi. Yəni KTMT-nin effektivliyi, demək olar ki, sıfıra bərabərdir.

Təklif edilən bütün modellər müasir standartlardan geri qalır. Hər nə qədər yeniliklər və islahatlar aparılsa da, faktiki olaraq KTMT-nin və Putinin təqdim etdiyi model Ukraynada öz effektini göstərmir. Artıq iki ildən çoxdur ki, Ukraynada müharibə gedir, lakin gözlənildiyi kimi, Rusiya qısa müddətdə həlledici nəticə əldə edə bilmədi. Təbii ki, müəyyən uğurlar var, amma planlaşdırılan sürətli işğal baş tutmadı.

Ukrayna ordusu qısa müddətdə NATO-ya adaptasiya olunmuşdu. Görünən odur ki, Rusiya hərb sistemi ilə NATO sistemi arasında ciddi fərq var. Bu baxımdan, KTMT ölkələrinin də həmin modeli qəbuk etməsi real görünmür”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa