!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan əhalisinin yanacaq xərcləri 6%-ə yaxın artıb

!Reklam – Yazi

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 557.8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Yenicag.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.9% çoxdur.

Ötən yarımil ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5.7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251.2 milyon manatlıq, o cümlədən 15 milyard 036.4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214.8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.9%, qeyri-ərzaq malları üzrə 5.2% artıb.

COP29

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv