!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində vəziyyət gərginləşib

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda deyilir.

 

 

www.yenicag.az

133
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100