Azərbaycan - Ermənistan sərhədində insident: Əsgər zabiti güllələdi

media-hightechnic-468x90

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri zabiti gülləyib. 

Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, hadisə Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vardenis (Basarkeçər) şəhərində baş verib.

Qəzet yazır ki, əsgər xidməti silahı ilə poçt şöbəsində zabiti gülləyərək qətlə yetirib.

Nəşrin mənbəsi iddia edir ki, hadisə korpus komandiri Qaregin Poqosyan evdə olarkən baş verib. Bildirilib ki, korpus komandiri tabeliyində olanlarla düzgün münasibətdə olub zabitlərlə əsgərlər arasında yaranmış mübahisəni həll etməyə çalışmadığına görə silahlı insident qeydə alınıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hadisə ilə bağlı açıqlama vermək istəməyib. Nazirlikdən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma gedir və yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600