Azərbaycan futbolçusu dünyasını dəyişib
Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.
Bu barədə “Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.
Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.
Şəhriyar Xəlilov vaxtilə “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”da oynayıb.
Allah rəhmət eləsin!