!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan futbolunda niyə dəyişən heç nə yoxdur? – “Pafosla qələbə qazanmaq olmur”

!Reklam – Yazi

“Santuşun mətbuat konfransında pafoslu çıxışına aldanmaq lazım deyil. Pafosla qələbə qazanmaq olmur. Qələbəni keyfiyyətli futbolçularla qazanırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında UEFA Millətlər Liqası çərçivəsində qarşı-qarşıya gələcək Azərbaycan-İsveç matçını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, Azərbaycan futbol ictimaiyyəti hər tsiklin əvvəlində yığma komanda ilə bağlı ümidlənir, eyforiyaya qapılır:

“Amma nahaq yerə. Əgər futbolumuzda dəyişən heç nə yoxdursa, onda yığma komandadan hansı məntiqlə uğur gözləmək olar. Hər tsikldə dəyişən əcnəbi mütəxəssislər sayəsində? Onların əllərində sehrli çubuq var? Yoxdur. Hamısı Azərbaycana pul ardınca gəliblər. Santuşun mətbuat konfransında pafoslu çıxışına aldanmaq lazım deyil. Pafosla qələbə qazanmaq olmur. Qələbəni keyfiyyətli futbolçularla qazanırlar. Necə ki, Santuş Portuqaliyanı səviyyəli futbolçularla Avropa çempionu edib”.

N.Muxtarlı qeyd edib ki, hər bir milli komanda uğur qazanmaq istəyirsə, bunun üçün ən önəmli şərt futbolçularının Avropa ölkələrinin çempionatlarında oynamasıdır:

“Avro-2024-də hər kəsin rəğbətini qazanan Gürcüstan yığmasının heyətinə baxaq: İspaniya, İtaliya, Fransa, Niderland çempionatlarında, adlı-sanlı klublarda oynayan futbolçular vardı. Azərbaycan yığmasının üzvləri harada oynayır? Uzaqbaşı Türkiyənin aşağı divizionunda, autsayder komandalarla. Onlarla uğur qazanacağıq? “Qarabağ”ın avrokuboklarda start heyətində uzaqbaşı 2 yerli futbolçu olur. İndi təsəvvür edin ki, start heyətində 2 yox, 8 yerli futbolçu var. “Qarabağ” uğur qazana bilər? Qətiyyən. Bu, aksiomdur. Birdəfəlik başa düşmək lazımdır ki, Azərbaycanda ilk növbədə bu iş görülməlidir: futbolçu yetişdirmək. Bunun üçün infrastruktur, kadrlar olmalıdır. Heç nə yoxdur və bu işlərlə də heç kim məşğul olmaq istəmir. Biz isə Azərbaycan yığmasından uğur gözləyirik. Yumşaq ifadə işlətməli olsaq, çox sadəlövhük. Mən Azərbaycan xalqına yığma ilə bağlı belə təsəlli verə bilərəm: Heç nə düzəlməyəcək”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv